Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda uşaqların da tibbi müayinəsinə xüsusi diqqətlə yanaşılır

05 aprel 2017 | 16:00

Cari ilin fevral ayının 15-dən  başlayan rayon sakinlərinin ödənişsiz tibbi müayinəsi uğurla davam edir. Rayonun bütün qəsəbələrində sakinlər böyük məmnuniyyət və razılıq hissi ilə səhiyyə ocaqlarına gəlir, heç bir ödəniş etmədən tibbi müayinədən keçirlər. Rayonun səhiyyə müəssisələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və göstərişi ilə həyata keçirilən son dərəcə xeyirxah və əhəmiyyətli tədbirə əvvəlcədən ciddi hazırlıq görülmüş, tibbi müayinə üçün əlverişli şərait yaradılmışdır.
İndiyədək rayon üzrə 90 minə yaxın vətəndaş və 98-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinədən keçənlərdən 2839 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 81 nəfər stasionar müalicəyə cəlb edilib, 177 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda böyük əhali ilə yanaşı uşaqların da tibbi müayinədən keçməsinə xüsusi diqqətlə yanaşılır. Uşaqların tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də rayonun Hövsan qəsəbəsində yerləşən 16 nömrəli Uşaq Poliklinikasıdır.
16 nömrəli Uşaq Poliklinikasının baş həkimi Sevda Vəzirova bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Poliklinika 20 mindən cox uşağa xidmət edir. Uşaqların tibbi müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Onlar  əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər. Tibbi müayinəyə gələn uşaqlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən də keçirlər.  05 aprel 2017-ci il  tarixədək 3017 nəfər uşaq tibbi müayinədən keçib. Bunlardan 15 nəfəri rentgen, 86 nəfəri USM aparatından 1056 nəfəri laboratoriya  və 88 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən uşaqların 63 nəfərərində xəstəlik aşkar olunub və 18 nəfər Bakı şəhərinin müxtəlif xəstəxanalarına müayinə üçün göndərilib.  Xəstəlik aşkar edilən uşaqların müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən uşaqlara  evlərində tibbi xidmət göstərirlər.
            Hovsan qəsəbəsində yaşayan valideyin Məmmədova Aynur 16 nömrəli UP-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vurğuladı ki, bu aksiya bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyir.
Hövsan kəndində yaşayan ana Həsənova Fatimə bildirdi ki, övladlarımı bütün müayinələrdən keçirtdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti biziə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.
Rayonun səhiyyə ocaqlarında çalışan bütün heyət ümumxal tədbirinin müvəffəqiyyətlə həyata keçməsi üçün bütün imkanlardan istifadə edir.

Keçidlər