Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər

01 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.
Bu günə qədər rayon üzrə 83 min 249 nəfər və 96-dan çox müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan  2706 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 70 nəfər stasionar müalicəyə cəlb edilib, 164 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
24 nömrəli Şəhər Poliklinikasının baş həkimi Hacağa Bağırov bildirdi ki, poliklinika müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Poliklinika 18889 nəfər böyük əhaliyə və 5937 uşağa xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali  ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər.  1 aprel 2017-ci il  tarixədək 8475 nəfər böyük əhali və 1529 uşaq tibbi müayinədən keçib. Onlardan 49 nəfəri rentgen, 97 nəfəri USM aparatından 150 nəfəri laboratoriya  və 196 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 272  nəfərərində müxtəlif xəstəliklər aşkar olunub və 9 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib.  Xəstəlik aşkar edilən vətəndaşların  müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların  evlərində tibbi xidmət göstərirlər.
            Bülbülə qəsəbəsiində yaşayan vətəndaş Əliyeva Məsmə 24 nömrəli ŞP-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vurğuladı ki, insanlara müayinə olunmaq şəraiti yaratdığına görə dövlət başçısına təşəkkür edirəm.
Bülbülə qəsəbəsində yaşayan sakin Gülməmədov Akif bildirdi ki, cənab Prezidentin bu təşəbbüsü qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanır və insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər. Bu qayğıya görə cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Keçidlər