Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

08 fevral 2013 | 16:00

07 fervral 2013-cü il tarixdə rayonun 285 nömrəli tam orta məktəbinin akt zalında Suraxanı rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.
Ağsaqqallar Şurasının hesabat yığıncağının iştirakçıları əvvəlcə Azərbaycan xalqının Böyük ağsaqqalı, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və hesabat dövründə dünyasını dəyişmiş rayon ağsaqqallarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Rayon Ağsaqqallar Şurasının 2009-2012-ci illər ərzində gördüyü işlər haqqında hesabat məruzəsi ilə Ağsaqqallar Şurası İdarə heyətinin üzvü Hacıbala Eyvazov çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Azərbaycanda ağsaqqallar həmişər xalq arasında böyük nüfuza malik olmuşlar. Ağsaqqal sözü insanlar tərəfindən həmişə hörmətlə qarşılanmışdır. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağlı ilə el arasında seçilib, həyat üçün mühüm məsələlərin həllində söz sahibi olub. Hər hansı məsələnin həllində yekun qərar, məsləhət ağsaqqaldan gəlib və insanlar ona əməl eləməyi özlərinə borc biliblər.Ağsaqqal eyni zamanda xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür. Ağsaqqal cəmiyyətdə tərbiyəedici nüfuza malikdir. Müasir cəmiyyətimizdə də yeni nəslin tərbiyyəsi, cəmiyyətin formalaşması, dövlətimizin inkişafı, onun idarə olunması və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz və istiqamətverici rol oynayır.
Qarşımıza qoyduğumuz məsələlərin hamısı Respublikamızın suverenliyinin qorunmasına, sosial-iqtisadi inkişafına, mədəni yüksəlişinə, maddi-mənəvi dəyərlərinin qorunması və nəsildən-nəslə ötürülməsinə yönəlmişdir. Suraxanı rayonunda hazırda yaşı 70-dən yuxarı olan 6813 nəfər yaşayır. Bu böyük bir qüvvədir. Yaşadıqları illərin arxasında böyük həyat təcrübəsi, görülmüş işlər və yaratdıqları dayanan qüvvə.Onların böyüməkdə olan nəslə sözləri, tövsiyələri az deyil. Ağsaqqallar Şurasının əsas vəzifələrindən biri də bu dialoqu təşkil etməkdir.
Rayon Ağsaqqallar Şurası keçən dövr ərzində rayonun ictimai, siyasi həyatında fəal iştirak etmiş, bir çox məsələlərin həllində yaxından iştirak edərək öz dəyərli təklifləri ilə rayonumuzun əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına köməklik göstərmişlər. Məruzə ətrafında çıxışlar oldu.
Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış etmişdir. İlqar Abbasov öz çıxışına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə başlamışdır: “Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Böyük işlər görməzdən əvvəl ağsaqqal məsləhəti və xeyir-duasına hamımız ehtiyac duymuşuq. Vətənin müdafiəsinə yollanan, ailə həyatına qədəm qoyan gənclərimiz, uzun səfərlərə gedən və digər böyük işlərə başlayan insanlar həmişə ağsaqqal xeyir-duasına böyük hörmətlə yanaşmışlar.
Natiq qeyd etmişdir ki, Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim ağsaqqallara diqqət və qayğı göstərir. Azərbaycan dövləti ağsaqqallara, onların rəy və təkliflərinə böyük hörmətlə yanaşır. Dövlətimizin başçısı İlham Əliyev rayonlara səfərləri çərçivəsində həmişə ağsaqqallarla görüşür, onlarla fikir mübadiləsi aparır, qayğılarını diqqət mərkəzində saxlayır. 1941-1945-ci illər Böyük vətən müharibəsi və əmək veteranlarına dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Azərbaycanda aparılan quruculuq işlərində ağsaqqallar da öz əməyini əsirgəmir. Gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində ağsaqqalların xüsusi rolu var. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Sürətlə inkişaf edən ölkəmizin qarşısında böyük vəzifələr dayanır. Bu işlərdə cəmiyyət içərisində hörməti, nüfuzu ilə seçilən ağsaqqalların da məsləhətinə ehtiyac duyulur.
Hesabat yığıncağında Rayon Ağsaqqallar Şurasına idarə heyətinin yeni üzvləri, Respublika Ağsaqqallar Şurasının Qurultayına nümayəndələr seçildi.
Babayev Arif Eyvaz oğlu Suraxanı Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin sədri seçildi.
 

Keçidlər