Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti səyyar görüş və ağacəkmə aksiyası keçirilmişdir

17 mart 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Cari il ərzində 7 səyyar görüş-qəbul keçirilmişdir.
Növbəti səyyar görüş Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15, 15a, 15b, 15v və 15q saylı yaşayış binalarının həyətində  keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir. Hal-hazırda rayon əhalisinin 100,0%-i elektrik enerjisi ilə, 98,0%-dən çoxu məişət qazı ilə təmin olunur, əhalinin 58%-nə qrafiklə, 38%-nə  isə fasiləsiz içməli su verilir.
İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dəfə Suraxanı rayonunda olmuşdur. 11 yanvar 2016-cı il tarixdə “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.  8 dekabr 2016-cı il tarixdə isə Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
İlqar Abbasov bildirmişdir ki, son bir ildə rayonun küçələrinə və məhəllədaxili ərazilərə 594,0 min kv.m. asfalt örtüyü salınmış, rayonun mənzil-kommunal birlikləri tərəfindən binaların 22,9 min kv.m. dam örtüyü  şüşəli ruberoidlə və metal kirəmit ilə  təmir edilmiş, 133 ədəd giriş qapısı, 689 ədəd pəncərə təmir edilmiş, 316 p.m. tüstü bacası təmizlənmiş, 3790 metr çirkab su xətti, 1068 metr içməli su xətti təmir olunmuş, binalarda yağış sularının axıdılması üçün 333 p.m. xətt təmir edilmiş, 166 ədəd müxtəlif tutumlu yeni məişət tullantıları konteynerləri quraşdırılmışdır.
Ötən il rayonda ümumilikdə 9 “Nümunəvi abad məhəllə” salınmış, MKİS-lərin hər birinin ərazisində mövcud “Nümunəvi abad məhəllə”lərdə  təmir bərpa işləri aparılmışdır. Bütün binaların fasad hissələri 1-ci mərtəbə səviyyəsində rənglənmiş, binaların girişləri təmir edilmiş, əhalinin və uşaqların istirahəti üçün 46 ədəd yeni oturacaq, 13 ədəd söhbətgah, 10 ədəd müxtəlif oyun elementləri quraşdırılmış və rənglənmiş, 36 ədəd mövcud qurğular  bərpa edilərək əvvəlki görkəminə salınmışdır. Eyni zamanda Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi  14, 15, 15a, 15b, 15v, 15q, 17, 17a, 18, 18a, 20a, 20b saylı binaların həyətlərində genişmiqyaslı abadlıq işlərinə başlanılmışdır.
2017-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən başlanılmış işlərin davamı olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə məşğulluq orqanlarının göndərişləri əsasında Rayon MKTB-də 302 nəfər işaxtaran vətəndaş abadlıq, yaşıllaşdırma və təmizlik sahələrinə işə qəbul edilmiş və bu işçilər rayonun park və bağlarında, mərkəzi yolların kənarında, həmçinin qəsəbələrin ərazisində aparılan abadlıq, yaşıllaşdırma və təmizlik işlərinə cəlb olunmuşlar. Qəsəbələrin ərazisində abadlıq və təmizliyin qorunub saxlanılması məqsədilə işçilərin bir qismi qəsəbə ərazi inzibati dairələri üzrə nümayəndəliklərinə, MKİS-lərinə təhkim olunmuş və onların iştirakı ilə rayon ərazisindəki parklarda, bütün qəsəbədaxili və mərkəzi yolların ətrafında geniş tərkibdə iməciliklər keçirilmiş, hektarlarla ərazilər alaq otlardan və tullantılardan təmizlənmişdir. Rayonda aparılan ağacəkmə kompaniyalarında çoxlu sayda ağaclar əkilmiş, yaşıllıqlara qulluq göstərilmişdir.
      2017-ci ildə mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsası təmiri məqsədilə 241 nəfər işə qəbul edilərək onlarla əmək müqaviləsi bağlanmış və Hövsan qəsəbəsində Elman Qasımov küçəsi, İlqar Əhlimanov küçəsi 14, 15b, 15v, 17a, 18a, 20a, 20b saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır. Belə ki, bütün binalarda pilləkən qəfəslərində zəbt olunmuş sahələr əlavə tikililərdən azad olunaraq girişləri və pilləkən qəfəsləri 1-ci mərtəbədən 9-cu mərtəbəyədək əsaslı təmir ediləcəkdir. Girişlərdə pilləkənlərin aqlay daşla üzlənməsi, pilləkən qəfəslərində pəncərələrin yeni plastik pəncərələrlə əvəzlənməsi, bloklarda yeni dəmir giriş qapıları qurşdırılması nəzərdə tutulmuşdur. Binaların dam örtüyü şüşəli ruberoidlə, fasadları əsaslı təmir olunaraq emulsiya ilə rənglənəcəkdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin digər rayonları ilə yanaşı Suraxanı rayonunda da qəzalı evlərin sökülməsinə, onların yerində yeni yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün işlər görülür. Artıq Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 36 ünvanda yerləşən bina sökülmüş və yerində yeni yaşayış binasının tikintisinə işlərinə başlanılmışdır.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Səyyar görüşdən sonra “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsi çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov,  rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 100 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 200-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər