Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı Suraxanıda 118 nömrəli məktəbdə qeyd edilmişdir

23 fevral 2017 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilir.
Növbəti tədbir rayonun Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbində təşkil olunmuşdur.
“Xocalısız 25 il” adlı tədbirin iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin çəkdiyi rəsmlərə baxdılır, Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri ilə tanış oldular
Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. “Xocalı faciəsi” mənzərəsini əks etdirən guşə qarşısına əklil qoyuldu. Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev tədbiri açaraq qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək qeyd etmişdir ki, son 25 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
Barxudar Barxudarov xüsusi vurğulamışdır ki,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Heydər Əliyev Fondu bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət"  kampaniyası dünyanın bir çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə davam etdirilir və bu işə öz töhfəsini verməkdədir. Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti getdikcə Xocalı soyqırımı haqqında daha çox məlumatlar toplayır, əsl həqiqətlərin nədən ibarət olduğunu daha dərindən anlayır.
Tədbirdə çıxış edən Dini qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı  Hatəm Gülməmmədov bildirdi ki,  Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır.
Tədbirdə Xocalı faciəsinin qurbanlarını  və Azərbaycan ordusunun qüdrətini əks etdirən video çarxlar  nümayiş etdirildi, məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərildi. Tədbirin yekun hissəsində gələcək əsgərlərimiz öz güclərini göstərərək hər an mənfur düşməni məhv etmək iqtidarında olduqlarını nümayiş etdirdilər.  Tədbir Məmmədli Fatimənin monoloqu, məktəblilərin  bir övlad kimi vətənimizə, dövlətimizə layiqli vətəndaş olmalarına and içmələri ilə  sona yetdi.

Keçidlər