Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsiüzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

18 yanvar 2017 | 16:00

18 yanvar 2017-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində yerləşən 84 saylı tam orta məktəbin akt zalında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Suraxanı qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Hacıyev, RİHBA-nın aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Samir Namazov və Əmircan Bələdiyyəsinin sədri Rəfail Cəfərov hesabat məruzəsi ilə çıxış etdilər.
Açıq mikrofon formatında təşkil olunmuş yığıncaqda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Hacıyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğısı barədə geniş məlumat verdi və Əmircan qəsəbəsində görülən və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırdı.
Tədbirin sonunda qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, nəqliyyatla yaranmış problemlər  və s. barədə müraciətlər dinlənilmiş, onları narahat edən suallar cavablandırılmış, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər