Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

13 yanvar 2017 | 16:00

13 yanvar 2017-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində yerləşən 101 nömrəli tam orta məktəbin akt zalında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Suraxanı qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Qasımova, RİHBA-nın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid Daniyev və Suraxanı Bələdiyyəsinin sədri Rəşad Mirzəyev hesabat məruzəsi ilə çıxış etdilər. 
Məruzə ətrafında qəsəbə sakinlərindən İsmayılova Gülşən Rafiq qızı, Baxışova Nailə Adil qızı və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

Tədbirin sonunda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Həsənova Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğısı barədə geniş məlumat verdi və Yeni Suraxanı qəsəbəsində görülən və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırdı.

Keçidlər