Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni İl Suraxanıda təntənəli qeyd edilir

28 dekabr 2012 | 16:00

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
27 dekabr 2012-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən Əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli İnternat məktəbində, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Oriqami” reabilitasiya mərkəzində bayram tədbirləri keçirilmişdir. Xüsusi tərtibatla bəzədilmiş uşaq müəssisələrində bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Uşaqları və bayram şənliklərində iştirak edən iştirakçıları salamlayan Rayon İcra Hakimiyyətinin başçısının müavini Əhməd Talıbov “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn Yeni il – 2013-cü il münasibəti ilə uşaqları təbrik etdi. Rayon rəhbəri öz çıxışlarında ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışdı.
Bayram tədbirlərində S.Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi konsert proqramı ilə çıxış etdilər. Uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu.
Bayram tədbiri uşaqların sevinci ilə qarşılandı.
 

Keçidlər