Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

17 yanvar 2017 | 16:00

17 yanvar 2017-ci il tarixdə Bülbülə qəsəbəsində yerləşən M.Ə.Sabir adına Mədəniyyət evinin akt zalında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısının I müavini Rəşad Hacıyev, RIHBA-nın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Bülbülə Bələdiyyəsinin sədrinin səlahiyyətlərini icra edən Cavid Babayev, rayon icra strukturlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının I müavini Rəşad Hacıyev açaraq qəsəbədə görülən və nəzərdə tutulan işlərdən ətraflı danışdı. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev və Bülbülə Bələdiyyəsinin sədrinin səlahiyyətlərini icra edən Cavid Babayev 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.
Sonda məruzə ətrafında qəsəbə sakinlərindən Əliyeva Cahan, Babayeva Sevil, Dostuyev Qardaşxan, Abbasov Racı, Quliyev Balarəhim və başqaları çıxış edərək öz münasibətlərini bildiriblər.

Keçidlər