Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "İşığlı Həyat" aksiyasının növbəti mərhələsinə start verilmişdir

10 yanvar 2017 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyanın növbəti mərhələsinə start verilmişdir. Aksiyada “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin həkim heyəti rayon sakinlərinin göz müainəsini həyata keçirirlər.
"İşığlı Həyat" aksiyasının keçirilməsində məqsəd gözündə müəyyən xəstəliklər olan şəhid və aztəminatlı, imkansız ailələrdən, rayonda məskunlaşmış məcburi köçkünlərdən bir qisminə Azərcellin təqdim etdiyi xüsusi avadanlıqlarla təchiz olunmuş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən oftalmoloji xidmər göstərməkdir.
10 yanvar 2017-ci il tarixdə rayonun Əmircan qəsəbəsində, 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qarşısında yerləşdirilmiş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən  oftalmoloji müayinəyə ehtiyacı olan 34 nəfər Əmircan  və Bülbülə sakininə xidmər göstərilmişdir.
Müayinə olunan xəstələrdən şəhid anaları Fəxriyyə Qarayeva, Zərqələm Müşfiqova, Əmircan qəsəbə sakinləri Məmməd Həsənov, Sona Əliyev yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Rayonda "İşığlı Həyat" aksiyasının növbəti mərhələsi davam edir.

Keçidlər