Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon təhsil işçiləri “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni 2017-ci il” münasibəti ilə bayram tədbiri keçirmişdir

30 dekabr 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin  birgə təşkilatçılığı ilə  “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni 2017-ci il” münasibəti ilə Suraxanı rayon təhsil işçilərinin iştirakı ilə rayonun şadlıq evlərindən birində bayram tədbiri keçirilmişdir.
Rayonun təhsil işçiləri “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni 2017-ci il” münasibəti ilə təbrik edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov bildirib ki, müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədilə genişmiqyaslı islahatlar davam etdirilir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirmişdir ki, bu bayram ürəklərdə uzun illərdən bəri yaşadılan azadlıq və birlik hisslərinin təzahürüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli azadlıq mübarizəsinin ən gərgin vaxtlarında Ümummilli Lider dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin ölkəmizin gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən edib. Həmin dövrdə Ulu Öndər tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başlayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə 70-dən artıq ölkədə yaşayan 50 milyondan çox azərbaycanlının vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu xəttə sadiqliyini prezidentliyinin ilk vaxtlarından nümayiş etdirib. Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafelərinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir.
Afət Həsənova xüsusi vurğulayıb ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2017-ci il” münasibəti ilə Fond tərəfindən ölkə üzrə 165 mindən çox aztəminatlı ailəyə bayram  sovqatları paylanılır. Suraxanı rayonundan da ünvanlı sosial yardım alan 2846  ailə bayram sovqatı alacaqdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə eyni zamanda ölkənin hər yerində kimsəsiz, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur, hədiyyələr verilir. Belə bir tədbir 300 nəfər aztəminatlı vətəndaşın iştirakı ilə Suraxanı rayonunda da təşkil olunmuşdur.
“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2017-ci il” ərəfəsində keçirilən növbəti genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.
Bayram tədbirində çıxış edən YAP Suraxanı rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov bildirilib ki, Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Həmrəylik Günü dünyada yaşayan bütün azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Tədbir konsert proqramı ilə davam edib.

Keçidlər