Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılır

29 noyabr 2016 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi “Anım günü”nün Suraxanı rayonunda keçirilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin  zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri  təşkil olunur. Rayonun təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərslərin, inşa yazı və şer müsabiqələrinin keçirilməsinə başlanılmışdır.
29 noyabr tarixdə səhər saat 10:00-dan rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin xüsusi qrafik üzrə “Anım günü” ərəfəsində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlığına start verilmişdir.
İlk gün Rayon Dövlət Sosial Müdafiə Fondunun, 3 saylı Doğum evinin, 65, 104, 226, 285 saylı tam orta məktəblərin kollektivləri Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində olmuşlar.
Ziyarətçilərə məlumat verilmişdir ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi 04 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışı bildirən qırmızı lenti kəsməsi ilə fəaliyyətə başlamışdır. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilmişdir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 70 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən  16 mindən yuxarı istifadəçi faydalanmış, Mərkəzdə 2016-cıin 11 ayı ərzində 16 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar, Azərbaycan Respublikası Milli Məslisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 182 tədbir keçirilmişdir. Mərkəzi  ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Rayon sakinləri, rayona gələn yerli və xarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla Mərkəzin fəaliyyəti ilə tanış olurlar.
Ziyarətçilər Mərkəzdə Ulu Öndərin 1970-1984-cü illərdə və Azərbaycan Müstəqillik əldə etdikdən sonra 1993-2002-ci illərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən materiallarla, geniş sərgi salonunda Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillərlə, sənədlərlə, foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının Ümumilli Lideridir” mövzusunda elektron sərgi ilə tanış oldular və xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə”, “Xilaskar” və “Millət Atası” filmlərinə baxdılar.
Noyabr ayının 30-da isə “Suraxanı Maşınqayırma Zavodu”  TASC-nin, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 76, 114, 232, 290 saylı tam orta məktəblərin kollektivləri Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində olacaqlarlar.

Keçidlər