Şriftin ölçüsü :

Saytın rəngi :

31 may - Ümumdünya Tütünsüz Günü

30 may 2024 | 14:56
Tütünçəkmənin insan sağlamlığına ziyanları, habelə tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açılmış maarifləndirici aksiyada sakinlər nəbz, təzyiq və qanda şəkərin miqdarının ölçülməsi kimi müayinələrdən keçirilərək onlara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib, eləcə də İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da çıxış edərək əhali arasında keçirilən tibbi maarifləndirmə aksiyalarının böyük önəm daşıdığını diqqətə çatdırıb və qeyd edib ki, belə aksiyalar bir çox insanlarda xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicə olunması üçün əhəmiyyətlidir.
Tədbirdə ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində qəbul edilən dövlət proqramları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzini təbliğ edən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb.
Keçidlər