Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir
12 sentyabr 2016-cı il tarixdə müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən yuxarı ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır.
Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər.
Təşkil olunmuş bayram tədbirlərində vurğulanmışdır ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Böyük fərəh hissləri ilə ölkəmizdə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin təntənəsinə çevrilir.