Suraxanı rayonunda sosial məsələlər və qışa hazırlıqla bağlı iclas keçirilmişdir
04 dekabr 2012-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Akt zalında sosial məsələlər və qışa hazırlıqla bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
Şuranın geniş iclasını açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin də həll olunmasına xidmət edir.
Şura iclasında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənov qeyd etmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Suraxanı rayonunda 150 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 84-nün, yəni 56 faizinin icrasına başlanılmış, onlardan 33-ü tam icra olunmuş, 66-nın icrasına gələn il başlanılacaqdır.
Rayonun sənaye potensialı artmış, 2003-cü il ilə müqayisədə 2012-ci ildə rayonda sənaye məhsullarının istehsalı 3,1 dəfə, tikinti-quraşdırma işləri 5,0 dəfə, nəqliyyat xidmətləri 1,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 8,2 dəfə, aylıq əmək haqqı 4,3 dəfə artmış, Beton məmulatları və Sud emalı zavodları, Bakı Taxıl Terminalı, Bakı Transformatorlar Zavodunun yeni istehsal sahəsi tikilmiş, Hövsan Aerasiya Stansiyası və “Dalğa” müəssisəsi yenidən qurulmuş, 14142 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Bu dövr ərzində 480,0 min p.m. qaz, 58,0 min p.m. kanalizasiya, 29,0 min p.m. yeni su xətti çəkilmiş, 69 yeni Transformator Məntəqəsi quraşdırılmış, 1 yeni yüksəkgərginlikli yarımstansiya, 4 su anbarı, 15 su hovuzu, 23 qazanxana, 10 poçt şöbəsi, 1 yeni ATS tikilmiş, 1 milyon 400,0 min kv.m. asfalt örtüyü salınmışdır.
Hazırda rayonda sahibkarlıqla 5400 hüquqi və fiziki şəxs məşğul olur, əhalinin hər 1000 nəfərinə 26 sahibkarlıq subyekti düşür.
2011-2012-ci illər ərzində rayonda sahibkarlar üçün 4 kredit yarmarkası keçirilmiş, 42 sahibkara 7,7 milyon manat məbləğində güzəştli kreditlər verilmiş, bu kreditlər hesabına 440 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən aztəminatlı ailələrə ödənilən sosial müavinət və təqaüdlərin miqdarı 2012-ci ilin 11 ayı ərzində isə 8548 nəfərə 4,4 milyon manat təşkil etmişdir. 2012-ci ilin 11 ayı ərzində isə 3461 ailəyə 4,8 milyon manat ünvanlı dövlət sosial yardım ödənilmişdir.
2012-ci ildə qaldırılmış 632 məsələdən 321-i müsbət həll edilmiş, 302-nə qanunamüvafiq izah verilmiş, 9 məsələ nəzarətdə saxlanılmışdır. 2012-ci ilin 11 ayı ərzində 27 səyyar görüş-qəbul təşkil edilmiş, qəbullarda 5848 nəfər sakin iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında və qəsəbə nümayəndəliklərində çalışan işçilərin orta yaş həddi 2010-cu ildə 44,5, 2011-ci ildə 43, 2012-ci ildə 40,5 yaş olmuş, ali təhsilli işçilər 2010-cu ildə 74%, 2011-ci ildə 77%, 2012-ci ildə isə 86 % təşkil etmişdir.
Çıxışa dair videogörüntü nümayiş etdirilmişdir.
Sosial sahələrdəki vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov çıxış edərək qeyd etmişdir ki, əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahəsində Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən işlər aparılır. Suraxanı rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda çalışan rəhbər və işçilərin 60 faizdən çoxu qadınlardır. Rayon İcra Hakimiyyətində, rayon ərazisində yerləşən idarə və müəssisələrdə gender bərabərliyinə əməl olunmasına çalışırıq. Narahatlıq doğuran məsələlərdən biri rəsmi qeydə alınmamış nigahlarda olan qadınlar tərəfindən doğulan uşaqların sayının artmasıdır.
Çox acınacaqlı haldır ki, qeyri-qanuni nigahdan doğulan uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi böyük problemə çevrilir. Gənclər arasında erkən nigaha girmənin qarşısını almaq məqsədi ilə rayon ərazisində yerləşən məktəblərdə mütəmadi maarifləndirici tədbirlər keçirilir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 30 oktyabr 2009-cu il tarixdə Səhiyyə Nazirliyi ilə birgə rayon əhalisinin tibbi müayinəsinə başlanılmış, 192 min nəfər rayon sakini tibbi müayinədən keçmişdir.
Əhməd Talıbov bildirmişdir ki, vərəm, şəkərli diabet, yeni törəmələrlə xəstələnənlərin sayında artım müşahidə olunur. Bunun da əsas səbələrindən biri xəstəliyin vaxtında aşkar edilməməsidir.
Qeyd olunmuşdur ki, rayonda şagirdlərin dərsə davamiyyəti yuxarı sinif şagirdləri arasında daha aşağıdır. Natiq dərsə davamiyyət aşağı səviyyədə olan bir sıra təhsil ocaqlarına iradlarını bildirmiş və qeyd etmişdir ki, şagirdlərin dərsdən yayınma hallarının qarşısının alıması üçün tədris müəssisələrinin rəhbərləri, müəllim kollektivləri, həm də valideynlərlı birgə tədbirlər keçirəcəkdir.
Suraxanı rayonunda gənclərin sayı 65 999 nəfərdir. Yeniyetmə və gənclərin hərtərəfli inkişafı, onların idmanla səmərəli məşğul olması üçün rayon ərazisində «Hövsan» Olimpiya idman kompleksi, “Neftçi” İSM, 1 şahmat klubu və müxtəlif döyüş növləri üzrə 15 idman klubu 8 federasiyanın nümayəndəliyi fəaliyyət göstərir.
Dövlət Proqramı çərçivəsində “Gənclər evinin” tikintisinə başlanılmış, işlər davam etdirilir.
Yeniyetmə və gənclərin iştirakı ilə keçirilən “Narkomaniya bəşəriyyətin bəlasıdır!” mövzusunda tədbirlər keçirilmiş, iştirakçılara mövzuya aid Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış bukletlər paylanılmışdır.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müxtəlif mərkəzi icra hakimiyyətləri, ali təhsil müəssisələri, elmi institutlarla birgə 2012-ci ilin ötən dövrü ərzində 23 tədbir keçirilmişdir.
Müxtəlif vaxtlarda rayona gələn yerli və xarici qonaqlar, Milli Məclisin deputatları böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olurlar. Mərkəzə gələn xarici qonaqlar sırasında YUNESKO-nun keçmiş Baş katibi Koişiro Matsuuranı, Slovakiyanın keçmış prezidenti Rudolf Şusteri, Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisi, Avropa Parlamentinin üzvü Kristina Oyulandı, Estoniya parlamentinin deputatı, Estoniya – Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi, “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkovu, Estoniyanın Tallin şəhər dumasının sədri Tomas Vitsutu qeyd etmək olar.
Bu günə qədər ümumilikdə 40 min 500 nəfər insan Suraxanı Rayonu Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.
Qışa hazırlıqla bağlı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlanması Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri olmuş, bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün bir sıra işlər görülmüşdür. Bu haqda ətraflı məlumat vermək üçün söz verilir Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yolçiyevə.
Etibar Yolçiyev bildirmişdir ki, 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Suraxanı rayonunda bir sira tədbirlər həyata keçirilmişdir.
Rayon ərazisində 250 min kv.m asfalt örtüyü salınmış, 400 min pm qaz xətti çəkilmiş, su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri davam etdirilmiş, 10 transformator məntəqəsi əsaslı təmir edilmiş, 3-ü yenidən qurulmuş, 650 ədəd küçə işığı dirəkləri quraşdırılmışdır.
Rayonda müvafiq dövlət və yerli proqramlara uyğun olaraq genişmiqyaslı abadlıq, quruculuq, təmizlik və eyni zamanda payız-qış mövsümünə hazırlıq işlərinin uğurla həyata keçirilməsi üçün ümumilikdə 8 ədəd olmaqla xüsusi təyinatlı maşınlar alınaraq Suraxanı RİHB-nin müvafiq sırıncamları əsasında Suraxanı Rayon MKTB-nin istifadısinı verilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən Hövsan qəsəbəsində 19 ədəd çoxmərtəbəli yaşayış binasının 23 550 kv.m, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 227 fərdi yaşayış evinin 36 770 kv.m dam örtüyü müasir tələblərə cavab verəcək şəkildə yenidən quraşdırılmışdır.
Rayon üzrə mərkəzi istilik sisteminə qoşulmuş 274 yaşayış binası cari mövsümdə istiliklə təhciz olunur. Bunlardan 187-si MKTB-yə, 50-si Xüsusi Təyinatlı MKTB-yə, 37-si isə Mənzil Tikinti Kooperativlərinə məxsusdur.
Hazırda fəaliyyət göstərən 35 məktəbdən 27-si istiliklə tam, 5-i daxili istilik sistemlərində problemlər olduğu üçün qismən təmin olunur, 2-si Təhsil Nazirliyi istilik sistemində təmir işləri apardığı və 1-i yeni inşa edilmiş qazanxana sənədləşmədiyi üçün istiliklə təmin olunmurlar.
Fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsindən 15-i istiliklə tam, 4-ü daxili istilik sistemlərində problemlər olduğu üçün qismən, 3-də istilik sistemi olmadığından elektrik qızdırıcılar vasitəsi ilə təmin olunur, 1-i xarici istilik sistemində təmir işləri aparıldığı, 1-i yeni inşa edilmiş qazanxana sənədləşmədiyi, 1-i isə (330) istilik xəttindən ayrıldığından istiliklə təmin olunmurlar.
Fəaliyyət göstərən səhiyyə müəssisəsindən 9-u istiliklə tam, 1-i daxili problemlər olduğu üçün qismən təmin olunur, 1-i zirzəminin su ilə dolması nəticəsində istiliklə təmin olunmur.
Natiq qeyd etmişdir ki, qışa hazırlıqla bağlı RİH başçısının sərəncamından irəli gələn vəzifələrin icrası rayonun xidmət sahələri ilə birgə təmin ediləcəkdir.
Çıxışa dair videogörüntü nümayiş etdirilmişdir.
İclasda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyət istiqamətləri və struktur bölmələri mövzusunda video çarx göstərilmiş, yanğın hadisələri zamanı düzgün davranış vərdişləri barədə maarifləndirici izahatlar verilmişdir.
Sonra çıxışlar olmuşdur. Azərbaycan Republikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iclasda çıxış etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iclasda yekun çıxışı etmiş və tədbiri bu sözlərlə yekunlaşdırmışdır:
Suraxanı rayonunun inkişafına hərtərəfli dəstək verən, diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.
Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev iştirak etmişdir.