Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda tibbi müayinədən keçənlərin sayı 150 mini ötdü

03 may 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.
Rayon İcra Hakimiyyətindən bildirdilər ki, tibbi müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
Bu günə qədər Suraxanı rayonunda  150098 nəfər vətəndaş və 139 müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. 4731 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 211 nəfər stasionar müalicəyə cəlb edilmiş, 229 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.
Qaraçuxur qəsəbəsində yerləşən Tam təsərrüfat hesablı 9 nömrəli Stomoloji poliklinkanın baş həkimi  Sənan Əliyev  məlumat verdi ki, poliklinika təsərrüfat hesablı olsa da kollektivimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün imkansız vətəndaşlara, 1941-1945-ci illər İkinci Dünya  müharibəsi və Qarabağ müharibəsi iştirakçılarına pulsuz xidmət göstərmək qərarına gəlmişdir. Əhalinin pulsuz tibbi müayinəsi başlayan gündən bu günə qədər poliklinkanın həkimləri tərəfindən 450 nəfərə pulsuz stomotoloji xidmət göstərilmişdir.
Baş həkim vurğulamışdır ki, hazırda dünyada ən geniş yayılmış diş xəstəliyi dişlərin sərt toxumalarının dağılması – kariyesdir. Ona görə də bir çox ölkələrdə ona qarşı çox ciddi profilaktik tədbirlər aparılır. Hazırda Azərbaycanda da əhalinin 90-95 faizində kariyes var. Sərt toxumaların dağılması dişin kanalında olan özəyə çatır və iltihab prosesi başlayır. Bu zaman bərk diş ağrısı yaranır. Vaxtında yardım göstərilməyəndə isə diş ətrafında iltihab, məhdud iltihab - abses, sepsis, fleqmona, irinli iltihab və s. əmələ gələ bilər. Bu müddət ərzində müraciət edən 70 nəfərin dişlərində kariyes, 32 nəfərin dişlərində isə Pulpit müalicəsi aparılmış, 33 nəfərin xəstə dişi çəkilmiş, 42 nəfərin dişi ağardılmış, 250 nəfərin isə xəstə dişi rentgen müayinəsindən keçirilmiş və 30 nəfər imtiyazlı xəstənin dişləri düzəldilmişdir.
Qaraçuxur qəsəbə sakini, birinci qrup Qarabağ müharibəsi əlili Əbdülrəhmanov İlqar Rəhim oğlu 9 nömrəli Stomoloji poliklinkanın tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılıq etdi və insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə, imkansız insanlara müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçısına minnətdarlığını bildirdi.
Vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün təqdirə layuq olduğunu xüsusi vurğulayan Hövsan qəsəbə sakini Cəfərov Rövşən Eynulla oğlu bildirdi ki, imkansızlıqdan dişlərimi müalicə etdirə bilmirdım. Rentgen müayinəsindən keçdim. Dişlərimi müalicə etdirdim.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.

Keçidlər