Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

27 aprel 2016 | 16:00

Suraxanı rayonunda Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli oftalmoloq alim və həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Növbəti tədbir - konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilib.
Konfrans iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər düzdülər. Sonra Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzdüzdülər, kitab sərgisinə baxdılar.
Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirildi. Konfrans iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə baxdıqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə konfransı açaraq qeyd etdi ki, Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bugünkü tədbir də alimin xatirəsinə Suraxanı rayon ictimaiyyətinin sonsuz ehtiramının ifadəsidir. Konfransın əvvəlində “Əsl məhəbbət haqqında” filmini izlədik.
Filmdən də gördüyümüz kimi tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - Müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu.
Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.
Konfransda məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etmişdir ki, mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Zərifə xanım Əliyeva milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur.
Görkəmli alim oftalmologiya elmi üçün vacib olan bir çox istiqamətlərdə tədqiqatlar aparmışdır. Akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu həkimlik etikasını uca tutmuş, insan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını isə bəşəri humanizm kimi dəyərləndirmişdir. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə olmuşdur.
Konfransda Milli Məclisin deputatı Fərəc Quliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov,15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kəngərli, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Adilə Abdullayeva, 2 nömrəli Uşaq Evinin direktoru Sevda Hacıyeva, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, Hövsan qəsəbə sakini, Bakı kondisioner zavodunun işçisi Əjdər Şəfiyev çıxış etdilər.
Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, məruzədə və çıxışlarda da qeyd olunduğu kimi Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi. Zərifə xanım Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
Rayon rəhbəri vurğulamışdır ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər verir, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini tariximizə, mədəniyyətimizə, incəsənətimizə cəlb edir. Konfransımızın keçdiyi bu gün Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu işə başlamışdır.
İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir.
Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Fərəhlə deyə bilərik ki, Akademik Zərifə xanım Əliyevanın ardıcılları, onun adını daşıyan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışan  alimlər, həkimlər Zərifə xanımın ideyalarını daim yaşadır  və uğurla davam etdirirlər.
Rayon rəhbəri bildirmişdir ki, bu gün səhər saat 9:00-dan Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və Azərcell ASC birgə təşkilatçılığı ilə "Mobil Göz Klinikasl" layihəsinə əsasən Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "İşığlı Həyat" adlı aksiya keçirilir. Aksiyada Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyinin həkim heyəti rayon sakinlərinin göz müainəsini həyata keçirir.
Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir.
Konfransda Milli Məclisin deputatı Ağacan Abıyev iştirak etmişdir.

Keçidlər