Asiya Siyasi Partiyalarının Bakıda keçirilən Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının iştirakçılarının bir qrupu Suraxanı rayonunda olmuşlar
25 noyabr 2012 | 16:00
Asiya Siyasi Partiyalarının Bakıda keçirilən Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının iştirakçılarının bir qrupu Suraxanı rayonuda olmuşlar.
Qonaqların Suraxanı rayonu ilə tanışlığı “Atəşgah Məbədi” Dövlət Tarix Memarlıq Qoruğu ilə başladı. Qoruğun əməkdaşları bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, hazırda “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda bərpa işləri aparılır və ətrafında layihə əsasında abadlaşdırma işləri görülür.
“Atəşgah Məbədi” Dövlət Tarix Memarlıq Qoruğu ilə tanışlıqdan sonra qonaqlar Suraxanı rayonu Heydər Əliyev parkına gələrək Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Qonaqlara məlumat verildi ki. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin birinci mərtəbəsində Ulu Öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Mərkəzdəkiı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir. İkinci mərtəbədəki geniş sərgi salonunda Ümummilli Liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Üçüncü mərtəbədə “Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş elektron-lektoriya zalı fəaliyyət göstərir. Mərkəzlə artıq 40 mindən yuxarı insan tanış olub.Onlardan 30 mini rayon ərazisində yerləşən təhsil ocaqlarında oxuyan şagirdlərdir.