Şriftin ölçüsü :

Saytın rəngi :

29 mart tarixində Suraxanıda növbəti qanvermə aksiyası keçirilib

29 mart 2024 | 16:00
Martın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün könüllü qanvermə aksiyası təşkil olunub.
400-ə yaxın rayon ictimaiyyətinin cəlb olunduğu qanvermə aksiyasında 150-dək vətəndaşdan qan götürülüb.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.
Keçidlər