Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib

26 aprel 2016 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Aprelin 26-da Suraxanı rayon Icra Hakimiyy’tinin, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının Qadınlar Şurasının və 24 saylı şəhər poliklinikası YAP ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, təşkilatın aparat rəhbər Fərman Rəsulov, Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazim Fətullayev, 23 saylı şəhər poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının oftalmoloqu Dürdanə Kəngərli və digərləri iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışıb.
O bildirilib ki, görkəmli alimin tədqiqat işləri nəinki respublikamızda, həmçinin ümumittifaq və dünya oftalmoloqları arasında böyük nüfuz qazanıb. Zəkiyyə Musayeva qeyd edib ki, oftalmologiyanın müxtəlif problemlərinə həsr olunan 140-dan çox elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtiranın, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.
Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Nazim Fətullayev Zərifə xanım Əliyevanın intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim olmaqla yanaşı, həm də qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı olduğunu vurğulayıb.
23 saylı şəhər poliklinikasının baş həkimi Ş.Yusifzadə akademik Zərifə xanım Əliyevanın gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə böyük zəhmət sərf etdiyini vurğulayıb.
15 saylı Birləşmiş Şəhər Xəstəxanasının oftalmoloqu Dürdanə Kəngərli görkəmli alimin oftalmologiyanın inkişafındakı xidmətlərindən, dünya elminə verdiyi töhfələrdən söz açıb.
YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov oftalmoloq alim Zərifə xanım Əliyevanın hər kəsə nümunə olan həyat yolu, Azərbaycan və dünya tibb elmindəki böyük xidmətləri haqda danışıb.
Tədbirdə Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən geniş söhbət açılıb, daha sonra görkəmli alimə həsr olunmuş "Elegiya" filmi nümayiş olunub.

Keçidlər