Şriftin ölçüsü :

Saytın rəngi :

28 Oktyabr Suraxanı rayonunda təmizlik və abadlıq işləri davam etdirilir

28 oktyabr 2023 | 09:28
 Suraxanı rayonunda təmizlik və abadlıq işləri davam etdirilir.
 Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə həftə sonu səhər saatlarından başlanan iməclikdə küçələrin, səki kənarlarının, bordyurların, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, məişət tullantıları konteynerlərinin yuyulması həyata keçirilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, ağacların qurumuş budaqları budanıb, dibləri bellənərək ziyanverici həşəratlardan qorunmaq üçün gövdələri əhənglənib, yabanı quru, alaq otlar təmizlənib.
Keçidlər