Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda tibbi müayinə tədbirləri uğurla aparılır

11 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda davam etdirilir. Suraxanı rayonu üzrə 214400 nəfər əhalinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi planlaşdırılılıb. 11 aprel  2016-cı il tarixədək 98113   nəfər sakin və 126 kollektiv tibbi müayinədən keçib.
Suraxanı rayonunda tibbi müayinənin aparıldığı səhiyyə  müəssisələrindən biri də 16 nömrəli Uşaq Poliklinikasıdır. Poliklinikanın baş həkimi Sevda xanım Vəzirova məlumat verdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 16 nömrəli Uşaq Poliklinikası 2012-ci ildə inşa edilərək müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsidir. Müayinə üçün müraciət edənlər ilk olaraq terapevt tərəfindən müayinə olunurlar, sonra isə ehtiyaca uyğun olaraq onları oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. 16 nömrəli Uşaq Poliklinikası 18910 uşağa  xidmət edir. Poliklinikaya gələn uşaqlar ümumi və biokimyəvi, ultrasəs və digər müayinələrdən keçirlər. 11 aprel 2016-cı il tarixədək 3158 nəfər uşaq tibbi müayinəyə cəlb olunub. Onlardan 52 nəfəri rentgen, 96  nəfəri USM aparatından, 2095 nəfəri laboratoriya, 87  nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən uşaqların 209 nəfərində müxtəlif xəstəliklər aşkar olunub, 98 nəfəri stasionar müalicəyə cəlb edilib. Poliklinikada, eyni zamanda, həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən uşaqlara evlərində tibbi xidmət göstərirlər.
16 nömrəli UP-nin  tibbi  heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Hövsan qəsəbə sakinləri Cahan Sadıqova, Gülsənəm Qurbanova insanların sağlamlığının qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıglarını bildirdilər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.

Keçidlər