Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı raynunda “Yaşıl marafonu” ruh yüksəkliyi ilə davam edir

09 aprel 2016 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai  Birliyinin  təsisçisi  və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı rayon İcra Hakimiyyəti ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 9  aprel 2016-cı il tarixdə  rayonun Əmircan – Qaraçuxur yolunun ətrafında keçirilmişdir. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov,  rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 200 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 400-dən artıq kiparis ağacı əkilmişdir.
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
Məlumat üçün bildirək ki, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsinə cari ilin fevral ayının 23-də “Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı günü  start verilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər