Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda əhali böyük həvəslə tibbi müayinədən keçir

01 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.
Tibbi müayinə rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada aparılır.
Tibbi müayinənin aparaldığı səhiyyə  müəssisələrindən biri də 24 nömrəli Şəhər Poliklinkasıdır. Poliklinkanın baş həkimi Hacağa Bağırov məlumat verdi ki, Poliklinka 2010-cu ildən müasir standartlara cavab veren yeni binada fəaliyyət göstərir və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 13580 nəfər böyük əhaliyə və 4064 uşağa xidmət edir. Poliklinkaya  gələnlər ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 6705 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 75 nəfəri rentgen, 156 nəfəri USM aparatından, 609 nəfəri laboratoriya və 68 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 183 nəfərində xəstəlik aşkar olunub və 13  nəfəri stasionar müalicəyə götürülüb. Hacağa Bağırov  məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Bülbülə  qəsəbəsi  Ağsaqqallar şurasının sədri, qəsəbə sakini Mirzəağa Quluyev  24 nömrəli ŞP-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və xüsusi vurğuladı ki,  genefonumuzun qorunmasına, eləcədə ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidməd edən bu aksiya bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.
Bülbülə qəsəbə sakini  Məmmədova Bikəxanım 24 nömrəli ŞP-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq etdi.
Məlumat üçün bildirək ki, Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
01 aprel  2016-cı il tarixədək Suraxanı rayonunda  80  minə yaxın vətəndaş və 109 kollektiv tibbi müayinədən keçib. 2995 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 118 nəfər stasionar müalicəyə cəlb edilmiş,  141 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.

Keçidlər