Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir

30 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla keçirilir.
Rayon İcra Hakimiyyəti başçısının  03 fevral 2016-cı il tarixli  13 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 15 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir.
Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
30 mart  2016-cı il tarixədək Suraxanı rayonunda  74  minə yaxın vətəndaş və 106 kollektiv tibbi müayinədən keçib. 2874 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 113 nəfər stasionar müalicəyə cəlb edilmiş,  136 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.
12 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirdi ki, Xəstəxana 2013-cü ildə  əsalı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisəmiz 13572 nəfər böyük əhaliyə və 3958 uşağa xidmət edir. Xəstəxanaya gələnlər ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 7638 nəfər tibbi müayinədən keçib. Bunlardan 98 nəfəri rentgen, 323 nəfəri USM aparatından, 1119 nəfəri laboratoriya və 351 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 109 nəfərində xəstəlik aşkar olunub və 24  nəfəri stasionar müalicəyə götürülüb. Bəhlul Məmmədov məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Yeni Suraxanı qəsəbəsinin sakini, ağsaqqallar şurasının sədri  Kamil Həmzəyev 12 nömrəli BŞX-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq etdi.
Qəsəbə sakini Məmmədova Ləman Ramiz qızı bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Növbəti dəfə start verilən  əhalinin pulsuz tibbi müayinəsinin keçirilməsi bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.

Keçidlər