Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

29 fevral 2016 | 16:00

29 fevral 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 97, 104, 196 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişlər.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış olmuş, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmini izləmişlər.
Açıq dərs dövlət himninin oxunması ilə başlamışdır.
Açıq dərsdə 104 nömrəli tam orta  məktəbin müəllimi Nazim Muxtarov, 280 nömrəli tam orta  məktəbin müəllimi Könül Qurbanova, 196 nömrəli tam orta  məktəbin müəllimi Dinara Novruzova, 97 nömrəli tam orta  məktəbin müəllimi Yeganə Məmmədova animasiyadan istifadə etməklə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat vermişlər.
Açıq dərsdə şagirdlərin diqqətinə çatdırılmışdır ki, dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər Ulu Öndərin şəxsində qibtə ediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət dövlətçilik və Azərbaycançılıq.
Ulu Öndər Müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
Dərs bu sözlərlə yekunlaşdı: Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi cənab İlham Əliyevdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Son 12 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirir.
Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər