Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü”münasibətilə “Azərbaycan ordusu Heydər Əliyev zəkasının işığında” adlı təntənəli tədbir keçirilib

26 iyun 2023 | 10:07
İyunun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü”münasibətilə “Azərbaycan ordusu Heydər Əliyev zəkasının işığında” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov, şəhid ailələri və qazilər, RİHB-nin müavinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
RİH-in akt zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani bugünkü şərəfli gün münasibətilə silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edib.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qələbə şəraitində qeyd edir və buna görə xalqımız müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhid və qazilərimizə borcludur.
Daha sonra Abdulla Qurbaninin ssenarisi ilə hazırlanan təntənəli bayram tədbiri təqdim olunub.
Sonda “26 iyun - Silahlı Qüvvələri günü” münasibətilə bir qrup hərbiçi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Keçidlər