Suraxanı rayon İcra Hakimiyyətində Apellyasiya Şurası yaradılmışdır
16 fevral 2016 | 16:00
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 03 fevral 2016-cı il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Suraxanı rayonunda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Apellyasiya Şurası yaradılmışdır.