Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamenti vergi ödəyiciləri ilə görüş keçirmişdir

22 dekabr 2015 | 16:00

17 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamenti  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayonunun 90 nəfər vergi ödəyicisi ilə görüş keçirmişdir.
Tədbirdə Bakı Vergilər Departamentinin Bəyannamələr, vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov, rəis müavini Zahid Xəlilov, Xidmət şöbəsinin rəis müavini Nəbi Xəlilov, şöbənin  digər  məsul işçiləri, Suraxanı RİH-in və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Görüşdə 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanı ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər  və yeni  qaydalar  barədə ətraflı məlumat verilmiş, vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılmışdır.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir.
Qeyd edilmişdir ki, Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Keçidlər