Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Beynəlxalq əlillər günü qeyd edildi

03 dekabr 2015 | 16:00

3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin və Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri,  Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər  rayon sakini üçün “Elçin” şadlıq sarayında da süfrə acılmışdır.
Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirmişdir ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hakimiyyətə 2-ci dəfə gəlişi zamanı imzalanan ilk fərmanlarında biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə start verilmişdir. Suraxanı rayonunda 9305 nəfər əlil yaşayır. Onlardan 2538  nəfəri sosial əlil, 6767  nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Bundan əlavə rayonda 830 nəfər 18 yaşına çatmayan əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Afət Həsənova vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidentı  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Onların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşır. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşdurlar. Bu istiqamətdə Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Tədbirdə çıxış edən Suraxanı rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin şöbə müdiri Müslüm Mürsəlov  qeyd etdi ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım sürətinin qarşısı alınıb. Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2018-ci illədək mərhələlərlə mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəklər.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər