Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şair Məmməd Tahirin 60 illik yubleyi qeyd edildi

27 noyabr 2015 | 16:00

Suraxanıda şair Məmməd Tahirin 60 illik yubleyi qeyd edilmişdir. YAP Suraxanı rayon təşkilatının Heydər Əliyev lektoriya zalında keçirilən tədbirdə rayonun ziyalıları, ictimaiyyətin nümayəndələri, şair və yazıçılar iştirak etmişdir.
          Yubley tədbirini giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov qeyd etdi ki, Məmməd Tahir uzun illər  Suraxanı rayonunda təhsil sahəsində çalışıb, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşıdır.  Eyni zamanda bədii yaradıcılıqla məşğul olur, bir neçə şer kitabının müəllifidir. Şair Məmməd Tahirin bədii yaradıcılığı haqqında məruzə ilə çıxış edən şairə Fərqanə xanım bildirdi ki, şair Məmməd Tahir 1998-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür, “Vətən məni qınama”, “Yurdum-and yerim”, “Yaz nağılı”, “Yol keçim dünya səndən”, “Könlüm camə qapısı” və digər bir neçə şer kitablarının müəllifidir. Məmməd Tahir səmərəli yaradıcılığı ilə fərqlənir.
Tədbirdə şair və yazıçılardan Kəmallədin Qədim, Sərvər Məsum, Bayram İskəndərli, Namiq Hacıheydərli, Fəxrəddin Teyyub, İnqilab Orxan, Heydər Oğuz, Əli Şamil, Hüseyn Bağıroğlu, Nəriman Zeynalzadə, Əli Şamil, Dünyamin Qənbərli, İlham Qazanxanlı, Mahcamal, 3 nğmrəli Musiqi məktəbinin müəllimi C.Ağayeva, Qadın İnkişaf Cəmiyyəti Suraxanı rayon təşkilatının sədri Ş.Xanməmədova, 318 saylı tam otra məktəbin direktoru F.Həsənov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Vahid Qurbanov, Təhsil İşçiləri Həmkarlar İttifaqının Suraxanı rayon komitəsinin sədri A.Xəlilov və rayon İcra Hakimiyyəti Başçısı aparatını baş məsləhətçisi N.Fətullayev şıxış edərək şahir Məmməd Tahiri yubleyi münasibətilə təbrik edərək onun yaradıcılığından söhbət açdılar.
Şair Məmməd Tahirə YAP Suraxanı rayon təşkilatının, Həmkarlar Komitəsinin Fəxri Fərmanları və qiyymətli hədiyyələr təqdim edildi.
         Tədbirdə 281, 97 saylı tam orta məktəbin şagirdləri, Kölgə teatırının nümayəndələri şair Məmməd Tahirin şerlərini səsləndiriblər və 3 saylı müsuqi məktəbinin ansambılı müsuqi proqramı ilə çıxış etdi.
         Sonda yubilyar  tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

.

Keçidlər