Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində “Gələcəyimizi qoruyaq” adlı tədbir keçirilmişdir

25 noyabr 2015 | 16:00

Noyabrın 25-də narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Suraxanı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında “Gələcəyimizi qoruyaq” adlı  tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Səməd Mənsur adına Əmircan Mədəniyyət evinin və 3 saylı Uşaq incəsənət məktəbinin gənc rəssamlarının narkomaniya ilə mübarizəyə həsr olunmuş rəsmlərinin sərgisi ilə tanış oldular.
Səməd Mənsur adına Əmircan Mədəniyyət evinin direktoru Afaq Bayramova tədbiri giriş sözü ilə  açaraq  bəşəriyyətin bir nömrəli problemi olan narkomaniyanın cəmiyyətdə və ailədə yaratdığı fəsadlar, insan şəxsiyyətin folmalaşmasında göstərdiyi mənfi təsirlər haqqında danışdı.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Mehdi Təhməzov qeyd etdi ki, ölkə rəhbəri möhtərəm Prezidentimiz  cənab İlham Əliyev “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi haqqında sərancam imzalamışdır. Bu mühüm Dövlət proqramının icrası ilə əlaqədar  Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə sil-silə tədbirlərin keçirilməsi təşkil edilir. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti var.
Tədbirdə Suraxanı rayon Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Anar Rüstəmov dövlətin narkotiklərlə mübarizə proqramı, narkomaniya əleyhinə Azərbaycan polisinin fəaliyyəti və gördüyü tədbirlər,  əmək fəaliyyəti dövründə rastlaşdığı hadisələrdən söhbət salaraq tədbir iştirakçılarına narkomaniyanın cinayət olduğu və ona qarşı hansı cəza tədbirlərinin həyata keçirildiyi haqqında məlumat verdi. Tədbirdə həmiçinin S.Bəhlulzadə adına Mədəniyyət sarayının direktoru Leyla Ramazanova çıxış edərək narkomaniya əleyhinə sadə vətəndalar arasına ictimai qınağın formalaşması və narkotiklərlə mübarizə işində cəmiyyətin hər bir fərdinin hüquq mühafizə orqanlarının yanında olmasının vacib amillərdən biri olmasını vurğuladı.
Sonda Səməd Mənsur adına Əmircan Mədəniyyət evinin və Səttar  Bahlulzadə adına Mədəniyyət Sarayının kollektivlərinin hazırladığı bədii hissə təqdim edildi.

Keçidlər