Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Beynəlxalq Müəllim günü qeyd edilib

06 oktyabr 2012 | 15:00

5 oktyabr 2012-ci il tatixində öncəki illərdə olduğu kimi, Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları və dərs əlaçısı olan 11-ci sinif şagirdləri də iştirak ediblər.
Tədbir rayonda yeni inşa olunmuş 327 saylı tam orta məktəbdə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstünü ziyarət edərək önünə tər güllər qoymuş, yeni məktəblə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, məktəbdə Azərbaycanda və xaricdə istehsal edilmiş avadanlıq, mebel və inventarla təchiz edilmiş 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışaqədər hazırlıq fənn kabinetləri yaradılmışdır. Məkdəbdaxili simsiz internet xidməti təmin olunmuşdur.
MDB məkanında ilk dəfə olaraq 327 nömrəli məktəbdə elektron tədris üçün nəzərdə tutulmuş “Smart sinif” otağı layihəsi tətbiq edilmişdir. Smart sinif otağında quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet komputer və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir. Smart sinif otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.
Tədbir məktəbin Akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilib. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir. Ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin səviyyəsinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən uğurlu işlərdən xəbər verir. Prezident İlham Əliyevin hər il beynəlxalq müəllim günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.
Rayon rəhbəri öz çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğulamışdır. Heydər Əliyev Fondunun təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirməsi Azərbaycan təhsilini dünya standartları səviyyəsinə qaldırıb.
Natiq qeyd etmişdir ki, Suraxanı rayonunda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2011-ci ildə 5 məktəb əsaslı təmir edilmiş (65, 114, 196, 232, 285), 5 məktəb üçün (65, 114, 141,196, 232) 1840 şagirdlik 92 sinif otağı tikilmişdir. 2012-ci ildə 6 məktəb əsaslı təmir edilmiş (89, 104, 146, 279, 280, 290), 2 məktəb üçün (85, 89) 720 şagirdlik 36 sinif otağı tikilmiş, 3 məktəb üçün (101, 104, 146) 1600 şagirdlik 80 sinif otağı tikilir. 2013-cü ildə 12 məktəb əsaslı təmir ediləcək (76, 87, 97, 118, 140, 154, 208, 270, 275, 281, 282, XDTG), 9 məktəb üçün (65, 87, 97, 118, 154, 232, 208, 275, 282) 3820 şagirdlik 191 sinif otağı tikiləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-2012-ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.
Ötən illərdə olduğu kimi 2012-ci ildə də cənab Prezident bir neçə dəfə Suraxanı rayonunda olmuş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda həyata keçirilən işlərlə tanış olmuşdur. Cənab İlham Əliyev 85 və 327 nömrəli tam orta məktəblərin aşılış mərasimində iştirak etmişdir.
Qeyd edilib ki, rayonda fəaliyyət göstərən təhsil ocaqları ötən tədris ilində bir sıra uğurlara imza atıb. 2011-2012-ci dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 3 şagird qızıl medalla təltif olunub: Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunları Hüseynova Aynur Tahir qızı və Arazlı Şəbnəm Sevindik qızı, 275 saylı məktəbin məzunu Məmmədli Gülmira Zülfüqar qızı.
146 və 278 nömrəli tam orta məktəblər 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri olublar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisini təltif etmişdir. 114 saylı məktəbin direktoru Ceyran Novruzovaya “Əməkdar müəllim” fəxri adı verilmişdir.
2011-2012-ci tədris ilində rayon məktəblərini 1960 şagird bitirmişdir. Məzunlarımızdan 1691 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onların 819 nəfəri tələbə adını qazanmışdır. Abituriyentlərin 53 nəfəri 600-dən yuxarı bal toplamışdır. Onlardan 7 nəfəri 650-dən yuxarı bal toplamışdır.
Yüksək balla ali məktəbə daxil olmuş 3 məzun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
318 saylı məktəbin 8, 279 saylı məktəbin 6, 146 və 275 saylı məktəbin hər birinin 5 məzunu 600-dən yuxarı bal toplamışdır. Çox təəssüf ki, 65, 76, 79, 84, 89, 97, 104, 118, 140, 154, 226, 232, 315, 317 saylı məkblərin məzunlarından bir nəfər də olsun 600 baldan yüksək nəticə göstərməmişdir.
Tədbirdə çıxış edən 327 saylı məktəbin direktoru S.Hüseynova, 114saylı məktəbin direktoru Ceyran Novruzova, XDTG direktoru Məmmədəli Abbasov, 114 saylı məktəbin müəllimi İnqilab İbrahimov, 141 saylı məktəbin müəlliməsi Cəmilə Əsgərova, 146 saylı məktəbin müəlliməsi Cəmilə Novruzova, prezident təqaüdçüləri R. Qasımzadə, A.Vəliyev, C.Əliyev təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Müəllim günü münasibəti ilə təhsil sahəsində qazandığı uğurlara və 2012- ci ildə rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil müəssisəsi, Prezident təqaüdçüləri və qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı, qiymətli hədiyələrlə təltif olundular.
Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.
 

Keçidlər