Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı raynunda “Yaşıl marafonu” ruh yüksəkliyi ilə davam edir

24 noyabr 2015 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai  Birliyinin  təsisçisi  və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı rayon İcra Hakimiyyəti ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 24 noyabr 2015-ci il tarixdə  rayonun Əmircan – Qaraçuxur yolunun ətrafında keçirilmişdir. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı  aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 150 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 300 ədəd kiparis ağacı əkilmişdir.
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində Suraxanı rayonunda artıq 3 mindən yuxarı  ağac əkilmiş, eyni zamanda mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər