Suraxanıda “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, bu gün bəşəriyyəti narahat edən mühüm məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dunyanın bir cox ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edir, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gun yüzlərlə gənc bu səbəbdən həyatını itirir.
Məhz bu amilləri nəzərə alan ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi haqqında sərancam imzalamışdır. Bu mühüm Dövlət proqramının icrası ilə əlaqədar Suraxanı rayonunda müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə sil-silə tədbirlərin keçirilməsini təşkil edilir.
Narkotik vasitələrin daşınmasının qarşısını almaq üçün rayonun huquq-muhafizə orqanları davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti problemin ciddiliyini nəzərə alaraq rayonun huquq-muhafizə orqanları, əlaqədar dovlət orqanları və qeyri-hokumət təşkilatları ilə birlikdə muxtəlif layihə, tədbir və aksiyalar həyata kecirir. Kecirilən butun tədbirlərdə gənclərin diqqətinə catdırılır ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.
Bu il ümumilikdə rayon üzrə 71 fakt aşkar olunmuşdur. Onlardan 30 fakt saxlama və 7-si satış, 2-si isə əkin faktı təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi 11 kq 867,445 qram təşkil etmişdir. Müsadirə edilmiş narkotik vasitələrdən marixuana 11 kq 359,26 qram, heroin 507,635 qram, həşiş 0,55 qram təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət faktlarının sayı az olmuş, lakin müsadirə edilmiş narkotik vasitələrin ümumi çəkisi artmışdır.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qnunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçı qrupunun üzvləri Şahin İsmayılov, Raqif Allahverdiyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış edərək qeyd etdilər ki, narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Buna görə də elə məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır. Araşdırmalar da göstərir ki, narkotik eyforiyası vəziyyətində olan yeniyetmənin törətdiyi cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bir çox hallarda vandalizm hərəkətləri doğurur. Statistika əsasən bütün dünyada narkomaniya bəlasına düçar olanların sayı hər il durmadan artır. Narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdə, ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci ildən etibarən 26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilmiş və hər il qeyd olunur.
Diskusiya formasında keçən tədbirdə gəncləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirildi.