Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir

24 sentyabr 2015 | 15:00

24 sentyabr 2015-ci il tarixdə müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən yuxarı  ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır.
Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-in məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər.
Hövsan və Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş bayram tədbirlərində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, xoş arzularını çatdırmışdır. Rayon rəhbəri xüsusi vurğulamışdır ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir.
Bayram günü Hövsan qəsəbəsində tikilmiş  “Veteranlar guşəsi”nin açılışı olmuşdur. “Veteranlar guşəsi”  “2015-ci il ərzində Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq tikilmişdir. Aşılış mərasimində çıxış edən İlqar Abbasov veteranları Qurban bayramı münasibəti ilə təbrik etmişdir.
Məlumat üçün bildirək ki, bu 2006-cı ildən bəri Suraxanı rayonunda tikilən sayca 6-cı guşədir. 2008-ci ildə Bülbülə qəsəbəsində, Yeni Günəşli “AB” yaşayış sahəsində, 2009-cu ildə Yeni Günəşli “Q” yaşayış sahəsində, 2010-cu ildə Əmircan qəsəbəsində  və 2013-cü ildə  Yeni Günəşli “Q” yaşayış sahəsində belə guşələr tikilərək veteranların istifadəsinə verilmişdir.
Həmin gün “Mövcud Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” proqramına uyğun olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Cəfərov Etibar Feruz oğlunun adına Hövsan qəsəbəsində tikilmiş  sayca 14-cü Şəhid xatirə kompleksi rayon rəhbərliyi və müharibə veteranları tərəfindən ziyarət edilmişdir.
2006-cı ildən bəri Suraxanı rayonunun qəsəbələrində 27 şəhidin xatirəsinin əbədləşdirilməsi üçün 13 yerdə Şəhid xatirə kompleksi tikilmişdir.

Keçidlər