Suraxanı rayonu Heydər Əliyev parkında “Kitablar aləminə səyahət” adlı satış-sərgi təşkil olunmuşdur
Suraxanı rayonu Heydər Əliyev parkında 03 sentyabr 2015-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Kitablar aləminə səyahət” adlı satış-sərgi təşkil olunmuşdur.
Sərgidə ölkəmizin 10-dan artıq nəşriyyatının kitabları nümayiş etdirilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev satış-sərgidə iştirak etmişlər. Ənənəvi açılış mərasimindən sonra mövzu rəngarəgliyi ilə seçilən mətbu nəşrlərinin təqdimat və satışına start verilmişdir.
Nəşriyyatlar məsləhət bildikləri kitabları satmaq, oxucular isə onları pərakəndə satış qiymətindən daha ucuz qiymətə almaq imkanına malik olmuşlar. Satış-sərgidə iştirak edən nəşriyyatların nümayəndələri sərgini ziyarət edən oxuculara geniş məlumat verərək onlara son dövr nəşrlərini təqdim etmişlər.