Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” Suraxanıda təntənəli qeyd edildi

01 iyun 2015 | 15:00

1 iyun 2015-ci il tarixdə “Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin parkda ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoydular. Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və kiçikyaşlı məktəblilər dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqları Beynəlxalq  Müdafiə Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir.  Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq Müdafiə günü on illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Sevinc Hüseynova xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində,  dərnəklərdə məşğul olan uşaqlar, eyni zamanda tanınmış incəsənət ustası Sevda Yəhyayeva və onun  təşəbbüsü ilə bir qrup incəsənət ustası fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert  proqramı ilə çıxış etdilər.
Bayram şənliyi uşaqların sevinci ilə qarşılandı.

Keçidlər