Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda tədbirlər keçirilmişdir.

16 sentyabr 2012 | 15:00

“Bilik günü” münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirilmişdir.Belə tədbirlərdən biri rayonun Bülbülə qəsəbəsində yeni istifadəyə verilmiş 327 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir mavini Müslüm Qəzənfərov iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Hüseynova qonaqları salamladı və bildidi ki, məktəb kollektini yeni tədris ilinə hazırdır. Çox sevidirici haldır ki, məkrtəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov bildirmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə 5 məktəb əsaslı təmir olunmuş, 5 məktəbr üçün əlavə tədris korpusları tikilmişdir. 6 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.
Proqramın icrası istiqamətində 2012-ci ildə işlər davam etdirilmişdir. 2012-ci ildə 7 məktəb əsaslı təmir edilmişdir, 3 məktəb üçün əlavə tədris korpusu tikilmişdir. 85 saylı məktəbin köhnə korpusu sökülmüş və yerində yenisi inşa olunmuşdur.
Hazırda “Bilik günü”nü qeyd etdiyimiz 327 saylı məktəb isə sentyabrın 14-də istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər. Dövlət başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılmışdı. Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə rayon sakinləri adından təşəkkürümü bildirirəm.
3 korpusdan və zirzəmidən ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbdə Azərbaycanda və xaricdə istehsal edilmiş avadanlıq, mebel və inventarla təchiz edilmiş 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışaqədər hazırlıq fənn kabinetləri yaradılmışdır. Məkdəbdaxili simsiz internet xidməti təmin olunmuşdur.
MDB məkanında ilk dəfə olaraq məktəbdə “Smart sinif” açılmışdır. “Smart sinif” otağı layihəsi Azərbaycanın öndə gedən informasiya texnologiyaları şirkətlərindən olan ULTRA şirkəti və Koreyanın dünyada elektron təhsil sistemi sahəsində liderlərdən olan “AHA” şirkəti ilə birgə həyata keçirilmişdir. Bu layihə çərçivəsində ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş smart sinif otağı layihəsi tətbiq edilmişdir.
Smart sinif otağında quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet komputer və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir.
Smart sinif otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.
Məktəbdə eyni zamanda valideyn-müəllim assosiasiyası , psixoloq kabinetləri yaradılmışdır.
Binanın fasad və divarları üzlük daşla üzlənmiş, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 250 nəfərlik akt zalı yaradılmışdır.
Məktəbin həyətində 2640 kvadratmetr yaşıl örtüklü idman meydançasının yaradıldığı və idman qurğularının qurulduğu, gənclərin hərbi hazırlığı üçün meydança yaradılmışdır. Məktəbin 13 min 060 kvadratmetr həyətyanı sahəsinin 5 min 860 kvadratmetr hissəsinə asfalt örtük salınmış, 250 kvadratmetr hissəsinə tamet daşlar döşənmiş, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Məktəbin həyətində 424 metr uzunluqda daş hasar, 135 metr uzunluqda dekorativ hasar tikilmişdir. Binanın ərazisi abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçələr təmir olunaraq asfaltlaşdırılmışdır. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılmışdır.
Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, müasir qazanxana tikilmişdir. Məktəbin həyətində 150 kub metrlik içməli su anbarı, 150 kub metrlik yanğın su anbarı tikilmiş, yeni elektrik transformatoru quraşdırılmış, nasosxana yaradılmışdır. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılmışdır. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunmuşdur.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər