Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla yekunlaşır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan əhalinin tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır.
Məlumat üçün bildirək ki, Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2015-ci il tarixli 08 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdur. Əhalinin pulsuz tibbi müayinəsi rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada təşkil olunmuşdur.
Suraxanı rayonun 212300 nəfər əhalisinin və rayonda məskunlaş 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaşın yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçməsi üçün lazımi maarifləndirmə işləri aparılmışdır.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə 30 aprel 2015-ci il tarixədək Suraxanı rayonunda 158 minə yaxın vətəndaş və 124 kollektiv tibbi müayinədən keçib. 6787 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 568 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir.
24 nömrəli Şəhər Poliklinkasının baş həkimi Hacağa Bağırov bildirdi ki, 2010-cu ildən Poliklinka müasir standartlara cavab veren yeni binada fəaliyyət göstərir və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlat. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər. Poliklinka 13415 nəfər böyük əhaliyəvə 4126 uşağa xidmət edir. Sakinlər ümumi və biokimyəvi, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 30 aprel 2015-ci il tarixədək 14824 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 2566 nəfəri laboratoriya, 689 nəfəri USM və 444 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 1710 nəfərərində xəstəlik aşkar olunub və 102 nəfəri stasinar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Bülbülə qəsəbəsi Ağsaqqallar şurasının sədri, qəsəbə sakini Mirzəağa Quluyev 24 nömrəli ŞP-nin tibbi heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vurğuladı ki, 2 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.