21.11.2024-cü il tarixində Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
21 noyabr 2024 | 16:48
Noyabrın 21-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 316 saylı tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva da iştirak edib.
Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev qəsəbə sakinlərini salamlayaraq, rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər haqqında, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Həmçinin, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək ölkəmizin bu gün ev sahibliyi etdiyi COP29 tədbiri ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, bu tədbir ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada Azərbaycanın oynadığı fəal rolun dəyərləndirilməsidir.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.