Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

24 aprel 2015 | 15:00

Çernobıl AES-də  26 Aprel 1986-cı ildə baş vermiş qəzadan 29 il ötür. 20-ci əsrin ən böyük texnogen qəzasının aradan qaldırılmasında iştirak edən minlərlə azərbaycanlı arasında radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığını itirmiş Suraxanı rayon sakinləri də var. Onların problemlərinə daha diqqətlə yanaşmaq, onlara mütəmadi olaraq maddi və mənəvi köməklik göstərilməsini davam etdirmək məqsədi ilə “Çernobıl” qəzasının 29-cu ildönümü ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun “Halal süfrə” restoranında anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Cernobıl qəzası nəticəsində dünyasını dəyişənlərin əziz xatirəsini yad etdilər.
          Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, 26 aprel 1986-cı ildə baş verən və bütün dünyanı təşvişə salan Çernobıl hadisələrindən xeyli vaxt keçsə də o müdhiş hadisənin doğurduğu fəsadlar hələ də yaşanmaqdadır. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, böyük bir ərazi xarabalığa çevrilmişdir. Baş vermiş qəzadan 29 il keçsə də tək Çernobılda deyil, ona yaxın ərazilərdə belə həyat naminə heç bir əlamət görünmür.
            Qəza baş verən ərazidə iştirak edən həmyerlilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirlməsi üçün müəyyən tədbirlər həyata keçirilmiş, onlar xüsusi imtiyazlarla təmin olunmuşlar. Belə ki, 1993-cü ildə “  Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu, sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq zərəçəkmişlərin statusu müəyyənləşdirilmişdir.
Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Çernobıl” qəzasının əlilləri və iştirakçıları dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da “Çernobıl” qəzasının əlilləri və iştirakçıları qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Tədbirdə çıxış edən Suraxanı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini Çapay İbrahimov, “Çernobıl Əlilləri“ İttifaqının Suraxanı rayon flialının sədri Akif Bayramov, Çernobıl əlili Mahir Muradov və digərləri qeyd etdilər ki, ölkədə Çernobıl əlillərinin hüquqlarını tənzimləyən xüsusi qanunvericilik aktı var. Bununla yanaşı, əlillərin sosial hüquqları ilə bağlı qanunlar da Çernobıl qəzası iştirakçılarına  şamil edilir. Bütün əlillər pensiya ilə təmin olunur, ildə bir dəfə pulsuz müayinə və müalicədən keçirlər, istirahət hüquqları təmin edilib və hər il birdəfəlik pul yardımı verilir. Çernobıl əlillərinə pulsuz ev və avtomobillər də verilir.
Tədbirin sonunda Çernobıl əlillərinin bir qrupuna maddi yardım göstərildi.

Keçidlər