Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda I “Ümumrespublika yaşıllaşdırma” marafonu davam edir

20 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı rayon İcra Hakimiyyəti bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini ruh yüksəkliyi ilə davam etdirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə, təhsil müəssisələrinin və sakinlərin iştirakı ilə Suraxanı rayonunda bu layihənin reallaşması istiqamətində növbəti iməcilik aprel ayının 18-də Əmircan qəsəbəsində, “Səttar Bəhlulzadə küçəsinin ətrafında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçıs İlqar Abbasov, aparatın əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə, təhsil müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 200 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 500 ədəd sərv ağacı əkilmişdir.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonunun növbəti mərhələsində Suraxanı rayonunda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər