Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı raynunda İDEA-nın “Yaşıl marafonu” ruh yüksəkliyi ilə davam edir

11 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai  Birliyinin  təsisçisi  və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı rayon İcra Hakimiyyəti ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 11 aprel 2015-ci il tarixdə  Rayonun Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə küçəsinin ətrafında keçirilmişdir. Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçıs İlqar Abbasov, aparatın əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə, təhsil müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 250 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 500 ədəd kiparis ağacı əkilmişdir.
Eyni zamanda məlumat üçün bildirək ki, rayonda neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulmuş, neftlə çirklənmiş 12 hektar torpaq sahəsi bərpa edilmiş, 28 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində Suraxanı rayonunda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər