2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Əmircan qəsəbəsi Heydər Əliyev parkında ağacəkmə aksiyası və konsert proqramı təşkil olunub
Suraxanı rayon İcra Hakimiyyətinin, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, Suraxanı Gənclər evinin və 226 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Əmircan qəsəbəsi Heydər Əliyev parkında ağacəkmə aksiyası və konsert proqramı təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti, gənclər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və dövlət himni səsləndirildikdən sonra G.Әliyeva adına 3 nömrәli Uşaq İncәsәnәt mәktәbinin şagirdlərinin və Suraxanı Gənclər evinin fəal gənclərinin təqdimatında konsert proqramı, fləşmob, həmçinin, təbiətimizi əks etdirən rəsm masterklası nümayiş olunub.
Konsert proqramından sonra ağacəkmə aksiyası keçirilib.