2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Suraxanı rayonunda ağacəkmə aksiyaları davamlı olaraq həyata keçirilir
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır.
Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Suraxanı rayonunda ağacəkmə aksiyaları davamlı olaraq həyata keçirilir.
Növbəti belə aksiya Suraxanı Rayon İcra Hakimiyyətinin və 23 saylı tam orta məktəbin birgə iştirakı ilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən və hazırda təmir-bərpa işləri aparılan “Ana və uşaq” parkında təşkil olunub