Suraxanı rayonunda əhalinin tibbi müayinəsi yaxşı təşkil olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla davam edir.
Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasinda rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Ttibbi müayinədən rayonun 212300 nəfər əhalisinin və 21858 nəfər rayonda məskunlaş məcburi köçkünlərin keçirilməsi nəzərdə tutulub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynovanın verdiyi məlumata görə 08 aprel 2015-ci il tarixədək Suraxanı rayonunda 115 minə yaxın vətəndaş və 91-dən çox kollektiv tibbi müayinədən keçib. Rayon üzrə 6661 nəfər rentgen, 24102 nəfər laboratoriya, 6100 nəfər USM və 3497 nəfər EKQ müayinəsindən keçib. 5208 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 715 nəfər dispanser nəzarətinə alınıb, 463 nəfər sağlamlaşdırılıb və 291 nəfər hospitalizasiya olunub. Xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir.
23 nömrəli Şəhər Poliklinkasının baş həkimi Yusifzadə Şərəbanı məlumat verdi ki, Poliklinka 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlat. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayiə edirlər. Müəssisəmiz 23080 nəfər böyük əhaliyəvə xidmət edir. Poliklinkamiza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram və digər müayinələrdən keçirlər. 08 aprel 2015-ci il tarixədək 16187 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 988 nəfəri rentgen, 1222 nəfəri laboratoriya, 1791 nəfər USM və 642 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 240 nəfərərində müxtəlif xəstəliklər aşkar olunub və 116 nəfəri stasinar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Hövsan qəsəbə sakini – Xanvəliyev Novruz Məhəmməd oğlu 23 nömrəli ŞP-nin tibbi heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün tədqirəlayuq olduğunu xüsusi vurğuladı.
Hövsan qəsəbə sakini – Əliyeva Nətəvan Şabbəddin qızı bildirdi ki, bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti biziə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.