Şriftin ölçüsü :

Saytın rəngi :

İDEA-nın “Yaşıl marafonu” Suraxanıda uğurla davam edir

04 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan Suraxanılılar ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirirlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə, təhsil müəssisələrinin və sakinlərin iştirakı ilə Suraxanı rayonunda bu layihənin reallaşması istiqamətində növbəti iməcilik aprel ayının 4-də Zığ qəsəbəsində, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsində yerləşən N saylı hərbi hissənin ərazisində keçirilmişdir.  İməcilikdə rayonun idarə və müəssisələrində çalışan 200 nəfərdən artıq işçi iştirak etmişdir. Müvafiq hamarlama işləri aparılmış ərazidə kiparis ağacları əkilmişdir. 4 aprel tarixdə eyni zaman rayonun digər yerlərində də ağac əkilmişdir. İməcilikdə ümumilikdə 500 ağac əkilmişdir.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonunun növbəti mərhələsində Suraxanı rayonunda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər