Şriftin ölçüsü :

Saytın rəngi :

2008-ci ildən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Layihə Smeta Bürosunda baş mühasib vəzifəsində çalışan Məmmədli Mürvət Qədim oğlunun anadan olmasının 70 ili tamam olur

06 iyun 2022 | 11:48
2008-ci ildən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Layihə Smeta Bürosunda baş mühasib vəzifəsində çalışan Məmmədli Mürvət Qədim oğlunun anadan olmasının 70 ili tamam olur.
Suraxanı RİH başçısı Əziz Əzizov Mürvət Məmmədlini yubileyi münasibətilə rayonun ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif etmişdir.
Qeyd edək ki, 1991-ci ildən bir çox qəzet və jurnallarda şeirləri və müxtəlif yazıları, 1994-cü ildə isə “İkiyə bölünmüş ürək” adlı ilk şeirlər kitabı çap olunmuş, “Araz”, “Əhməd Xani”, “Vətən övladı”, “İlin nüfuzlu ziyalısı”, “Qızıl qələm” və sair bu kimi bir çox ədəbi mükafatlara layiq görülmüş Mürvət Məmmədli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Hörmətli Mürvət Məmmədlini bir daha doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ruh yüksəkliyi və tükənməz həyat enerjisi arzulayırıq!
Keçidlər