Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

31 mart 2015 | 15:00

Rayonda “31 mart  Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində elektron lektoriya zalında 29-30 mart  tarixlərində rayonda təhsil alan şagirdlərə Azərbaycanlıların Soyqırımı haqqında filmin nümayişi təşkil etdirilmiş, ermənilərin törətdiyi dəhşətli cinayət hadisələri bir daha şagirdlərin diqqətinə çatdırılmışdır. Rayon ərazisində yerləşən tam orta məktəblərdə  “31 mart  Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlərin sərgisi təşkil olunmuşdur.
30 mart tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 317 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətindən bəhs edən filmə baxdılar.
Tədbiri giriş sözü ilə açan 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov bildirmişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 mart – 2 apeldə Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova tədbirdə çıxış edərək qeyd etmişdir ki, xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə də Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən müdhiş hadisələrindən biri Xocalıda baş vermiş soyqırımıdır. Soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Sevinc Hüseynova vurğulamışdır ki,  Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır.
Tədbirdə çıxış edən Elçin Hüseynov, Rəmayə Həziyeva qeyd etdilər ki, soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və ciyanətlərin miqyası, metodologiyası insanı dəhşətə gətirir. 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.
Sonda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər